İdman

Zidan Fransa millisinə rəhbərliklə bağlı fikirlərini bildirib

12 İyun 2018 08:48
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madridin "Real" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan hazırda futbol üzrə Fransa milli komandasına rəhbərlik etmək kimi bir niyyətinin olmadığını bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "L'Equipe" nəşri yazıb.

"Hazırda ən əsas məsələ dünya çempionatında Fransa millisini dəstəkləməkdir. Hələ ki, ölkəmizin milli komandasına rəhbərlik etmək istəyim yoxdur. Mən bir az istirahət etmək və özümə gəlmək üçün dayanmışam. Fransa yığmasına azarkeşlik edəcəyəm. Biz komandanın ikinci dəfə dünya çempionu adını qazanmasını istəyirik", - deyə fransalı mütəxəssis bildirib.

Futbol üzrə Dünya çempionatı iyunun 14-də Rusiyada start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.