İdman

"Azərbaycanda kubok qaldırmaq..." - “Beşiktaş”ın prezidenti

11 İyun 2018 18:00
0 Şərh     Baxış: 639

"Beşiktaş"ın prezidenti Fikrət Orman yeni mövsümlə bağlı hədəflərini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, klub rəhbəri Avropa Liqasının qalibi olmaq istədiklərini vurğulayıb.

O, Bakıda baş tutacaq final görüşünün iştirakçısı olmaq üçün əllərindən gələni edəcəklərini deyib: "Çempionlar Liqasına vəsiqə qazanmamağımız bizi məyus etdi. İndi önümüzdə Avropa Liqası var. Mövsümə erkən başlayacağıq. Təsnifat mərhələlərini keçib, qrupa düşməliyik. Sonrakı hədəfimiz isə zirvə olacaq. Çempionlar Liqası büdcə baxımından boyumuzu aşır. Bu üzdən arzularla yox, reallıqla yaşamalıyıq. Avropa Liqasını qazana bilərik. Bu turnirin qaliblərinə baxırıq, çoxundan zəif deyilik, hətta güclüyük. Final qarşılaşması Bakıda olacaq və hədəfimiz ora getməkdi. Azərbaycanda kubok qaldırmaq böyük məna kəsb edər. Bunu bacarmaq istəyirik".

Qeyd edək ki, Avropa Liqasının final görüşü gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.