İdman

“İnter” “Roma” ilə razılığa gəldi - 29 milyon avroluq transfer

11 İyun 2018 19:35
0 Şərh     Baxış: 648

"Roma"nın yarımmüdafiəçisi Raca Nainqqolan "İnter"ə keçməyə çox yaxındı.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 30 yaşlı belçikalının keçidi Milan klubuna 29 milyon avroya başa gələcək. Eyni zamanda transfer əməliyyatına "İnter"in gənclər komandasının hücumameylli yarımmüdafiəçisi Nikolo Zanolyo da daxil ediləcək.

Transfer baş tutacağı təqdirdə, Nainqqolan ilinə 4,5 milyon avro qazanacaq. Bu keçidin iyulun 1-də rəsmiləşəcəyi gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.