İdman

Şehiç Türkiyədə nə qədər maaş alacaq?

11 İyun 2018 19:57
1 Şərh     Baxış: 2 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin "Erzurumspor" klubuna keçidinin təfərrüatı müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü "mavi-ağlar"la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində "Jelezniçar" və Türkiyədə "Mersin İdman Yurdu" komandalarında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.