İdman

"Rolan Qarros": Qadınlarda çempion müəyyənləşdi

9 İyun 2018 20:49
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri "Rolan Qarros"da qadınların mübarizəsinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, finalda Simona Halep Sloan Stivenslə qarşılaşıb.

İlk setdən Stivens qalib ayrılsa da, ikinci setin ortalarından bəri oyununu diqtə etməyə başlayan Halep geri dönüş edərək, matçdan 2:1 qalib ayrılıb.

Bu, Simona Halepin karyerası ərzində qazandığı ilk "Böyük dəbilqə" tituludu.

Qeyd edək ki, "Rolan Qarros" turnirinə sabah oynanılacaq kişilər - Rafael Nadal - Dominik Tim - finalının ardından yekun vurulacaq.

Rolan Qarros Qadınlar Final

Simona Halep (Rumıniya) - Sloan Stivens (ABŞ) - 2:1 (3:6, 6:4, 6:1)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.