İdman

Cüdoçularımız Avstriyada 4 medal qazanıblar - FOTO

2 İyun 2018 23:43
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada gənc cüdoçular arasında keçirilən Açıq Avropa kuboku turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Milli.Az "Report"a istinadən bildirir ki, baş məşqçi Elçin İsmayılovun yetirmələri bu gün Leybnitsdə 4 medal qazanıblar.

55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olub. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Əliyev də millimizə bürünc medal qazandırıb.

Beləliklə gənc cüdoçularımız Leybnits beynəlxalq turnurinin ilk yarış günü 1 gümüş və 3 bürünc medal qazanıblar.

Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoqi ustası medallar uğrunda yarışır. Azərbaycan beynəlxal turnirdə 21 cüdoçu ilə təmsil olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.