İdman

Raul və Xabi Alonso “Real”a məşqçi təyin olunacaqlar

31 May 2018 12:29
1 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Las Rozas futbol akademiyasında keçirilən məşqçilik kursu cümə günü başa çatacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kursun bitməsinin ardından Xabi Alonso və Raul yaxın günlərdə "Real"ın gənclərdən ibarət müxtəlif komandalarına baş məşqçi təyin olunacaqlar.

Raul və Xabi Alonso ilə yanaşı, Viktor Valdes, Xavi və Joan Kapdevilya həmin məşqçilik kursunda iştirak edirlər.

Qeyd edək ki, bir zamanlar "Real"da futbol oynayan Santiaqo Solari və Quti də məşqçilikdə ilk addımlarını məhz Madrid klubunun gənclərdən ibarət komandalarında atıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.