İdman

"Azərbaycan İran və Çinlə eyni səviyyədədir” - Qırğızıstan millsinin kapitanı

30 May 2018 09:52
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan millisinin kapitanı Kursanbek Şeratov yığmamıza 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi əvvəlcə təəssüratlarını bölüşüb.

- Çoxdandır belə stadionda oynamırdıq. Bu cür böyük arenada axırıncı dəfə səfərdə Çin yığmasına qarşı çıxış etmişdik. Çox gözəl stadionunuz var. Bizə burada qarşılanma və oynamaq imkanı yaradıldığı üçün təşəkkür edirəm. Azərbaycan qonaqpərvər ölkədir. Buna görə sizlərə minnətdaram.

- 3 cavabsız qol da qonaqpərvərlik əlamətidir?

- Bu nəticə bizim üçün çox ağır oldu. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Lakin Azərbaycan millisi çox güclü komandadır. Acı məğlubiyyət oldu. 

- Bu oyun sizin üçün hansı anlamı daşıyırdı?

- 2019-cu ilin yanvarında keçiriləcək Asiya çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. İndi həmin turnirə hazırlaşırıq. Dünya çempionatının iştirakçısı Cənubi Koreya ilə eyni qrupdayıq. Məşqçilər heyəti və federasiyamız bu cür güclü rəqibləri seçir ki, final mərhələsində layiqli çıxış edək.  

- Azərbaycan millisi Asiyanın ən güclü yığmaları ilə eyni səviyyədədir?

- İndiyədək İran və Çinlə qarşılaşmışıq. Azərbaycan millisinin səviyyəsi bu yığmalarla eynidir. İran da qraşıdakı dünya çempionatında iştirak edəcək.  

- Azərbaycan millisinin hansı üstün tərəflərini qeyd edərdiniz?

- "Qarabağ" və "Qəbələ" klubları Çempionlar Liqası, Avropa Liqasında qrupda oynayıblar. Yerli futbolçularınız sürətli futbol göstərilər.

- Azərbaycan çempionatında oynamaq istərdiniz?

- Əlbəttə. Çempionatınızın səviyyəsi də yaxşıdır. Klublarınızda yaxşı braziliyalılar, səviyyəli legionerlər var. Əlbəttə ki, belə çempionatda oynamağı çox istərdim.

- Bu, tam optimal heyətiniz idi?

- Bu oyunda Qırğızıstan çempionatındakı futbolçular çıxış edirdilər. Start heyətində yalnız bir legioner var idi. O da Türkiyənin "Somaspor" klubundan dəvət alan hücumçu Mirlan Mirzayev idi. 5-6 legionerimizi çempionatlar davam etdiyi üçün yığmaya buraxmadılar. 

- Azərbaycan millisi nəyin hesabına sizi üstələdi?

- Ötürmələrlə sürətli futbol oynayırsınız. Məncə, biz də layiqincə mübarizə apardıq. İlk 2 qolu standart vəziyyətlərdən buraxdıq ki, bu, daha çox üzücü idi. 

- Millimizin heyətində hansı futbolçuları fərqləndirərdiniz?

- Riçard Almeyda və Qara Qarayevi qeyd edərdim.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.