İdman

"Düşünürəm ki, buna görə məni bağışlayarlar" - Qurban Qurbanov - VİDEO

28 May 2018 12:27
0 Şərh     Baxış: 3 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Real" TV-yə, Mirşahinə müsahibə verib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müsahibədə yerli çempionatın hazırkı durumundan narahatlığını ifadə edib.

"Azərbaycan futbolunun Avropada uğurları az deyil. Məsələn, "Qəbələ" Avropa Liqasının, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Kənardan belə düşünmək olar ki, Azərbaycan çempionatı heç də zəif deyil. Amma çempionatımızın səviyyəsi çox aşağı düşüb". 

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan keyfiyyətli futbolçuların sayı da azalıb:

"4-5 il əvvəl Azərbaycanda çox keyfiyyətli futbolçular var idi. Çempionluq uğrunda mübarizə aparan minimum 5-6 klubumuz var idi. Hər biri də çox iddialıydı. Klublar xarici mütəxəssislər gətirirdilər, tanınmış futbolçular gəlirdi. Belə şəraitdə yerli futbolçuların da inkişaf etməsi çox rahat olur. Əfsuslar olsun ki, son illər həm komandalarımızın sayı azaldı, həm də keyfiyyətli legionerlər ölkəmizə az sayda gəlməyə başladı. Bu isə yerli futbola böyük zərbə vurur. Doğrudur, bəzi nüanslar var ki, bunun qarşısını ala bilmərik. Ölkədə baş verən devalivasiya iş adamlarına çox böyük təsir etdi. Belə olan halda bəlkə də ən böyük zərbə futbola dəydi. Çünki futbol kollektiv oyunudur, hər klub pul xərcləyir. İl boyu maddiyyat tələb edir. Açığı deyim bu gün bunun acısını çəkirik". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.