İdman

Cüdoçularımız Avropa kubokunda 8 medal qazanıblar - FOTO

27 May 2018 23:17
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qananıb. Beləliklə Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.