İdman

Salah bu müqayisə ilə fəxr edir

26 May 2018 16:13
1 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Məhəmməd Salah dünyanın ən yaxşı futbolçuları ilə müqayisə olunması barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb:

"Hamı Lionel Messi və Kriştianu Ronaldu haqqında danışır. Çünki onlar 13-15 ildir bu səviyyədə oynayırlar. Fəxr edirəm ki, məni onlarla müqayisə edirlər. Hər kəsi bu şəhərdə, Misirdə və bütün dünyada xoşbəxt görmək istəyirəm. Yalnız oyun haqqında düşünməli və öz işimi yerinə yetirməliyəm".

Bu gün Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək "Real Madrid" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.