İdman

"Mayın 26-da doğma kəndimdə heç kim işləməyəcək"

25 May 2018 20:12
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un futbolçusu Sadio Mane Çempionlar Liqasının finalında "Real"la keçiriləcək oyun barədə danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Mane doğma kəndində həmin gün hər kəsin futbola baxacağını bildirib. O, həmkəndlilərinə 300 forma göndərdiyini də bildirib:

"Liverpul"un 300 formasını aldım və doğma kəndimə - Seneqalın Bambali kəndinə göndərmişəm. Mənim valideynlərim indi də orda yaşayırlar.

Mayın 26-da doğma kəndimdə heç kim işləməyəcək. Hamı göndərdiyim qırmızı formaları geyinib ÇL-in finalına baxacaq".

Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.