İdman

FİFA ilə UEFA arasında gərginlik: Tənqiddən təhqirə keçdilər

24 May 2018 23:57
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA prezidenti Aleksandr Çeferin klub çempionatının formatını dəyişdirməsi və Millətlər liqası adlı yeni turnir yaratmasına görə FİFA rəhbəri Canni İnfantinonu sərt tənqid atəşinə tutub.    

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Inside The Games" məlumat yayıb.

Sloveniyalı rəhbərin sözlərinə görə, bu arsızcasına qəbul olunan islahatlardır. Çeferin ali futbol qurumunu "güzəştsiz merkantilizmdə" təqsirləndirib.

"Pul hərisi olan ayrı-ayrı şəxslərin futbol yarışlarının ruhunu kölgəli özəl fondlara satmağa hazırlaşmasını heç cür qəbul edə bilmirəm", - deyə Çeferin gileylənib.

Nəşrin məlumatına görə, adı hələlik gizli saxlanılan konsorsium FİFA-ya Millətlər Liqasına iri məbləğli investisiya qoymağı təklif edib.

Qeyd edək ki, Millətlər Liqası sentyabr ayında start götürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.