İdman

“Azərbaycana qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”

24 May 2018 11:45
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən Ukrayna ilə oyundakı çıxışımızdan razı qaldım. İlk setdə məğlubiyyətdən sonra çətin durumdaydıq. Amma bütün qızlar toparlanmağı bacardı və mükəmməl nəticəyə imza atdıq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Bolqarıstan yığmasının voleybolçusu Xristina Ruseva deyib.

2012-2013 və 2015-2016-cı illərdə "Telekom"da çıxış etmiş 27 yaşlı blokçu Qızıl Avropa Liqasında Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O, Ukraynaya qalib gəldikdən sonra bildirib ki, Faiq Qarayevin komandası güclü olsa da, matçda əsas məqsədləri yalnız qələbədi: "Mövsümün qarşıdakı oyunlarında daha yaxşı oynaya bilərik. Performansımızı artırmaq və gerçək potensialımızı göstərmək üçün zamana ehtiyacımız var. Azərbaycan çox yaxşı komandadı və güclü oyunçulara malikdi. Amma biz bu rəqibə qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik".

Qeyd edək ki, Bolqarıstan - Azərbaycan görüşü mayın 26-da Sofiyada olacaq. Matçın qalibi dövrəni qrup lideri kimi bitirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.