İdman

Kapitan 15 illik klubunu tərk edir - Özü açıqladı

24 May 2018 11:27
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şaxtyor"un kapitanı Dario Srna komandadan ayrılacağını bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bu yay Donetsk klubunu tərk edəcəyini deyib.

36 yaşlı futbolçu artıq karyerasının sonuna yaxınlaşdığını və  gənclərə yer verilməli olduğunu bildirib.

Qeyd edək ki, 2003-cü ildən "Şaxtyor"da çıxış edən Xorvatiya millisinin sabiq üzvü 10 dəfə Ukrayna çempionu, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu  qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.