İdman

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

23 May 2018 21:54
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması ikinci qarşılaşmasına da Bakıda çıxıb.

İlk turda Ukraynaya 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Portuqaliya voleybolçuları olub. Komandamız görüşdə aşkar favorit olsa da, ukraynalılarla matçdakı kimi yenə ilk seti uduzub.

Lakin növbəti setlərdə qonaqlar yığmamızın inamlı oyunu qarşısında tab gətirməyib. Millimiz ardıcıl ikinci qələbəsini bayram edib - 3:1. Qeyd edək ki, qrupumuzun digər görüşündə Bolqarıstan Ukrayna ilə oynayacaq.

Qızıl Avropa Liqası

A qrupu

II tur

Azərbaycan - Portuqaliya - 3:1 (24:26, 25:17, 25:14, 25:17)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

2

2

0

6-2

193-175

6

2

Bolqarıstan

1

1

0

3-0

75-50

3

3

Ukrayna

1

0

1

1-3

93-94

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.