İdman

"Poqbaya bəzi şeylər öyrədə biləcəyimi düşünürəm"

23 May 2018 17:40
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin sabiq futbolçusu Yaya Ture Pol Poqbanın oyununa simpatiyasını ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu ilk öncə gələcəyi ilə bağlı bunları deyib:

"Yenidən uğur qazana biləcəyim komandaya keçmək istəyirəm. Günlərin birində "Mançester Siti" ilə qarşılaşmaq çətin olardı, amma bu, işimizin bir hissəsidir. "Siti"də uzun müddət çıxış etdiyim üçün başqa kluba getmək asan məsələ deyil. Yüksək səviyyədə daha 2 il oynamaq, Avroliqa və ya Çempionlar Liqasında iştirak etmək istəyirəm.

De Bruyne və David Silva kimi Poqbanı da bəyənirəm. Cüssə baxımından onunla bənzərik. Amma oyun tərzimiz fərqlidir. Onunla bir komandada oynamaq istərdim. Düzü, ona bəzi şeylər öyrədə biləcəyimi düşünürəm. Lakin "Mançester Yunayted"ə keçsəm, "Siti" azarkeşləri məni öldürər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.