İdman

"Qarabağ"da nə baş verir? - 2 günə 6 nəfər...

23 May 2018 16:15
6 Şərh     Baxış: 3 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın daha bir legioneri klubdan ayrılıb.

Milli.Az xəbər verir ki, oxu.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.

Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:

"Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır".

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından "Qarabağ"da çıxış edirdi. "Qarabağ"ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.

Xatırladaq ki, son günlərdə "Qarabağ"dan bir neçə aparıcı oyunçu ayrıldı. Bu futbolçular Riçard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.