İdman

DÇ-2018-in hakiminin kədərli həyatı - 25 ildir zibil yığır

23 May 2018 18:30
1 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2018-də hakimlik edəcək Panama laysmanlarından birinin maraqlı tarixçəsi üzə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş hakim köməkçilərindən olacaq Qabriel Viktoriya ölkəsində hakimlik etməklə yanaşı həm də küçələrdən zibil yığır.

Məsələ burasındadır ki, Panamada hakimlərin idarəçilikdən gəlirləri çox azdır. Buna görə də onlar dolanışıq üçün iki işdə işləmək məcburiyyətindədirlər. O, ac qalmamaq üçün düz 25 ildir - 1993-cü ildən zibilyığan işləyir. Həmin vaxtdan Qabrielin iş cədvəli aşağıdakı kimidir:

03:40 - yuxudan oyanmaq

05:00 - işə başlamaq

17:00 - futbol meydançasında məşq

"Mən heç nədən utanmıram. Hər iki peşə xoşuma gəlir. Buna görə həmkarlarımla aramızda hər hansı gərginlik də yoxdur" - deyə Qabriel bildirir.

Belə iş rejiminə baxmayaraq, Qabriel hakimlik karyerasında uğurlar əldə edə bilib. O, 2015-də U-20, 2017-də U-17-lər arasında dünya çempionatında, 2016-cı ildə Amerika kubokunda hakimlik edib.

Qabrielin dediyinə görə, DÇ-2018-in hakimləri siyahısına düşdükdən sonra ona ünvanlanan təbriklərin sayı-hesabı itib. Dostlarından biri isə DÇ-2018-in Vikroriyadan hakimlik edəcəyi ilk oyunun futbolkasını xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.