İdman

Neymar məşqlərə başladı

23 May 2018 20:42
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar milli komanda ilə birgə məşqlərə start verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu yığmadakı komanda yoldaşları Qabriel Jesus və Danilo ilə birgə məşq edib. 

Neymar bərpaedici ayağından istifadə edərək maneələrdən keçib və yaxın məsəfadən qapıya zərbələr endirib. 

Onun Rusiyada keçiriləcək dünya çempionatına kimi tam hazır olacağı ehtimal olunur. Braziliyalı forvardın iyunun 3-də Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyununda da meydanda olması gözlənilir. 

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə "Marsel"i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Futbolçu daha sonra əməliyyat olunub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.