İdman

Zidan: "Ronaldonu Salaha dəyişmərəm"

23 May 2018 14:37
4 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, Kriştianu Ronaldo və rəqib oyunçu Məhəmməd Salahla bağlı fikirlərini də bölüşüb:

"Mən Ronaldonu Salahla dəyişə bilərəm? Xeyr. Bizdə Kriştiano var və ancaq öz oyunçularım haqqında danışıram. Rəqiblərimiz haqda danışa bilmərəm. Bilmirəm, onlar nə düşünürlər. Onu deyə bilərəm ki, biz həmişə udmaq arzusundayıq. Kimsə bizim qələbəyə başqalarından daha az ac olduğumuzu deyə bilməz. Biz "Real"ıq. Hər zaman daha çoxunu istəyirik. İstədiyimizə nail olmaq üçün bütün gücümüzü verəcəyik".

Qeyd edək ki, "Real Madrid"lə "Liverpul" arasındakı final görüşü mayın 26-sı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.