İdman

Klublar lisenziya almağa cəhd etmədi - Vaxt bitdi

23 May 2018 14:33
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında mübarizə aparmaq istəyən I divizion klublarına Apellyasiya Komitəsinə şikayət etmək üçün qoyulan vaxt bitib.

Milli.Az xəbər verir ki, AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev apasport.az saytına açıqlamasında heç bir komandanın müraciət etmədiyini deyib.

O bildirib ki, AFFA-nın Lisenziya Komissiyası aşağı dəstə təmsilçilərindən yalnız "Sabah"a lisenziya verib: "Mayın 12-də Lisenziya Komissiyasının iclası keçirilmişdi. Lisenziya iddiaçısının 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti etmək hüququ var idi. Dünən artıq son gün idi. Lakin I divizion təmsilçilərinin heç biri apellyasiya şikayəti etmədi. Yəni onlardan yalnız "Sabah" lisenziya ala bildi".

Qeyd edək ki, AFFA Lisenziya Komissiyası Premyer Liqada oynamaq istəyən aşağı dəstə klubları "Binə", "Xəzər", "Mil-Muğan", MOİK, "Turan Tovuz", "Qaradağ-Lökbatan", "Şüvəlan" və "Zaqatala"ya lisenziya verməmişdi. Yalnız "Ağsu" Premyer Liqa ilə bağlı müraciət etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.