İdman

Sumqayıtın "Uğur"u çempion oldu

23 May 2018 14:28
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın bu mövsüm ilk dəfə təşkil etdiyi Region Liqası başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bayıl stadionunda keçirilən final oyununda Sumqayıtın "Uğur" və Mingəçevirin "Energetik" komandaları qarşılaşıb. 

2:0 hesabı ilə qalib gələn "Uğur" 2017/2018 mövsümünün qalibi olub. III yeri isə "Füzuli" komandası tutub. Füzuli təmsilçisi "Araz-Naxçıvan"a penaltilərdə qalib gəlib.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Kuboku meydana millimizin hücumçusu Ramil Şeydayev gətirib.

Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov təqdim ediblər.

Region Liqasının bombardiri 13 qolla Balazahir Əsədullayev ("Şağan") olub. "Uğur" komandasının üzvü Nahid Mehrəliyev liqanın ən yaxşı futbolçusu, Şöhrət Rəhimov ("Füzuli") ən yaxşı qapıçısı seçilib.

Xatırladaq ki, cari mövsüm Premyer Liqanın qalibi Ağdamın "Qarabağ", I divizionun qızıl medallarının sahibi isə Bakının "Xəzər" komandası olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.