İdman

"Səbail" klubu baş məşqçi ilə yollarını ayırıb

22 May 2018 23:37
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Səbail" klubunun rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, görüşdə "Səbail"in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb.

Qarşılıqlı razılıq əsasında S.Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Samir Əliyev "Səbail"ə cari mövsüm ərəfəsində baş məşqçi təyin olunub. Premyer Liqanın debütantı gənc mütəxəssisin rəhbərliyi altında 23 xalla 7-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.