İdman

"Hamşik 3 ildir ki, "Napoli"dən getmək istəmirdi"

22 May 2018 17:32
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli"nin kapitanı Marek Hamşikin atası Riçard Hamşik onun Çindən təklif aldığını təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun atası hazırda danışıqların getdiyini bildirib.

"Onlar Mareklə ciddi maraqlanır, amma danışıqlar asan deyil. Son 3 ildə oğlum "Napoli"dən getmək istəmirdi və skudettonu qazanmağa köklənmişdi. Bu isə yenə baş vermədi. İndi əsas çətinlik odur ki, Çində əsas transfer pəncərəsi qışda açılacaq. Ona görə Marekin Çinə nə vaxt gedəcəyi mübahisə mövzusudur. Çin çempionatında legioner limiti var. Oğlumun "Napoli" ilə hələ 3 illik müqaviləsi var. Buna görə hər şey klublardan asılı olacaq. Onun Çinə getmək ehtimalı 60 faizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.