İdman

Türkiyə Superliqasında öz qapısına yol tapanlar

22 May 2018 18:54
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 2017/18 mövsümü başa çatdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qalarasaray"ın 21-ci çempionluğunu qazandığı mövsümdə 25 avtoqol qeydə alınıb. 13 komandanın futbolçusu öz və rəqib qapılarının yerini səhv salıb.

Mövsümün ilk dövrəsində 12, ikinci yarısında isə 13 avtoqol vurulub. 25 avtoqoldan 4-ü "Trabzonspor"un payına düşüb. "Bordo mavililər"in müdafiəçisi Joao Pereyra 12-ci turda "Osmanlıspor"la matçda (4:3) 2 dəfə topu öz qapısına vurmuşdu. Bu aqibətlə üzləşən digər futbolçular Mustafa Akbaş və Okay Yokuşludur.

Turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşan komandalardan "Qalarasaray" (Maykon, Sedar Aziz) və "Fənərbağça" (Luis Netu, Nabil Dirar) 2, "Medipol Başakşəhər" (Aleksandru Epuryanu, Adebayor, Volkan Babacan) 3, "Beşiktaş" isə (Alvaro Neqredo) 1 dəfə avtoqola üzülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.