İdman

Cengiz Ünder İtaliyada mükafatlandırıldı

22 May 2018 20:30
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünder mükafatlandırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü 29-cu USSI Roma gecəsində komandasının geridə qalan mövsümdə "ən yaxşı gənc futbolçusu" seçilib. Mərasimdə paytaxt klubunun baş məşqçisi Eysebio Di Françesko, idman direktoru Ramon Monçi, Türkiyənin İtaliyadakı səfiri Murat Selim Esenli, FİFA meneceri Bayram Tutumlu və digər qonaqlar iştirak edib.

"İlk mövsümümdə bu mükafatı aldığıma görə çox sevinirəm. "Roma"da edəcəyim çox şey var. Ümid edirəm, növbəti mövsüm daha yaxşı çıxış edərik. Baş məşqçinin etimadını qazanmaq xoşdur. Qollar vurmağa başlayınca mənə olan inam artdı. Mən də o etimadı boşa çıxarmamağa çalışdım" - gənc futbolçu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.