İdman

Şehiç yenə tək qaldı - Millidə

22 May 2018 15:00
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Herseqovina millisinin "bir nömrəsinə" çevrilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb əsas qolkiper Asmir Beqoviçin heyətdən çıxarılmasıdı.

Ailədaxili problemlər üzündən millinin heyətindən uzaqlaşdırılan Beqoviçi gənc Vedran Kyosevski əvəz edib. Digər qapıçı isə Kenan Piriç olduğundan, baş məşqçi Robert Prosineçki qarşıdakı yoldaşlıq görüşlərində də çərçivəni Şehiçə tapşıracaq.

Qeyd edək ki, Bosniya və Herseqovina yığması mayın 28-də Monteneqro, iyunun 1-də isə Cənubi Koreya ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.