İdman

Azərbaycanlı ən yaxşı bombardir “Sumqayıt” klubundan ayrılıb

22 May 2018 14:24
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının futbolçusu Amil Yunanov "Sumqayıt" klubundan ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a 25 yaşlı hücumçunun özü məlumat verib. O bildirib ki, Sumqayıt təmsilçisinin müqavilənin müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib.

Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.

Qeyd edək ki, Amil Yunanov başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardir adını qazanan "Qəbələ"nin forvardı Baqali Dabodan 3 top geri qalıb. Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.