İdman

Ramil Şeydayev harada çıxış edəcəyini bilmir

22 May 2018 12:44
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Ramil Şeydayev gələcək karyerası barədə qərarsızdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şeydayev "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının XXVIII tur matçından sonra verdiyi açıqlamada "Qarabağ"dakı taleyinə hələ aydınlıq gəlmədiyini vurğulayıb:

"Hələ heç nədən xəbərim yoxdur. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik heç kiminlə danışmamışam. Fikirləşəcəyəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm".

Gənc forvard hazırkı klubunda keçirdiyi mövsümü isə belə dəyərləndirib:

"Burada çempion oldum. Bu, yaxşı haldır.  Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da çox işləyəcəyəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm. "Zilina"nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.