İdman

Azərbaycan Premyer Liqası: mükafatçılar medallarına qovuşdular

21 May 2018 21:54
1 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Azərsun Arena"da baş tutan mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər şəxslər iştirak ediblər.

Üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ" komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar.

Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.

Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.