İdman

""Napoli" futbolçularının hamısını saxlaya bilməyəcək"

21 May 2018 17:16
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli"nin baş məşqçisi Maurisio Sarri yayda iş yerini dəyişmək ehtimalına toxunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Həyatda hər şeyin sonu var. Bəzən hər şey yaxşı olanda macəranı başa vurmaq lazımdır. Bura gəldiyim ilk mövsümdə komanda liderdən 24 xal geri qalmışdı. İndi bizimlə "Yuventus" arasında 4 xal fərqi var. İnanılmaz macəra idi. Amma məqsədimizə nail ola bilmədik. Azarkeşlərə təşəkkür edirəm. Nə olacağını bilməsəm də, onlar həmişə qəlbimdə qalacaq.

Vəziyyət sadə deyil. Komandanın indiki görkəmdə olub-olmayacağını da bilmirəm. Bir sıra futbolçuların müqaviləsində buraxılış qiyməti var, böyük klublardan təklif alıblar. Əmin deyiləm ki, "Napoli" onların hamısını saxlaya bilsin. Mən özüm indi başqa italyan klubunda işləyə bilmərəm. "Napoli" xatirələrim çox güclüdür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.