İdman

Messini Xavi mükafatlandırdı - FOTO

21 May 2018 14:24
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya çempionatının sonuncu - 38-ci turunda keçirilən "Barselona" - "Real Sosyedad" oyunundan (1:0) əvvəl mükafatlandırma mərasimi olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu Lionel Messi aprel ayında La Liqanın ən yaxşı futbolçusu seçilib. "Real Sosyedad"la oyundan əvvəl Messiyə mükafat təqdim olunub.

Mükafatı isə Leonun sabiq komanda yoldaşı, hazırda karyerasını Qətərin "Əl-Sədd" klubunda davam etdirən Xavi təqdim edib.

Xavi "Barselona"da 1998-2015-ci illərdə çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.