İdman

“Top-30”da 10 cüdoçumuz yer aldı - Reytinq açıqlandı

21 May 2018 12:07
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xallarının hesablanmağa başlanıldığı siyahı Azərbaycan millisinin aparıcı cüdoçuları üçün uğurlu alınıb.

Belə ki, Ruslan Maşurenkonun yetirmələrindən Hidayət Heydərov yenə irəliləyib. 73 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz daha 1 rəqibini qabaqlamaqla, 4-cü yerə yüksəlib.

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, 11-ci, 18-ci, 2-ci, 14-cü, 9-cu və 17-cidi.

Bu idmançılarla müqayisədə Elxan Məmmədov (100 kq) 2, Məmmədəli Mehdiyev 1 pillə geriləyib. Onlar müvafiq olaraq, 8-ci və 12-ci yerə eniblər.

Natiq Bağırovun rəhbərlik etdiyi komandada isə cəmi 1 cüdoçu "Top-30"da yer alıb. Bu, milliləşdirilmiş legioner İrina Kindzerskadı. O, +78 kq çəkili idmançılar arasında yenə 6-cıdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.