İdman

Tanınmış məşqçi klubsuz qaldı

20 May 2018 17:54
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nitsa" klubu baş məşqçi Lüsyen Favrla yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. İsveçrəli mütəxəsis 2016-cı ildə "provanslar"ın sükanı arxasına keçmişdi. Favrın ilk mövsümündə komanda Fransa Liqasında 3-cü, geridə qalan mövsümdə isə 8-ci olub.

Təcrübəli çalışdırıcının növbəti dayanacağı Borussia Dortmund ola bilər. Dortmund klubu hələ Tuxelin istefasında sonra (2017-ci il may) onunla maraqlanmış, amma "Nitsa" məşqçisini buraxmamışdı. Fransa klubunda Favrı əvəzləməyə əsas namizədlər isə Patrik Viera və Eduardo Berizzodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.