İdman

Kavani tacını heç kimə vermədi

20 May 2018 17:35
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Liqasında 2017/18 mövsümünə yekun vurulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqanın ən sərrast futbolçusu Edinson Kavani olub. PSG-nin uruqvaylı qolyadoru 32 oyunda rəqib qapılarına 28 dəfə yol tapıb. Onun ən yaxın izləyicisi Florian Tovenin (Marseille) 35 oyunda 22 qolu var. Lyon-un vinqeri Memfis Depay mövsümü 19 qolla başa vurub. Mövsümün ikinci yarısında zədə səbəbindən komandasına kömək edə bilməyən Neymar isə 20 oyunda 19 qolun müəllifi olub.

Qeyd edək ki, Kavani ardıcıl 2-ci mövsüm Fransa çempionatının bombardiri olub. Ötən mövsüm o, 36 oyunda 35 qol vurmaqla diqqəti cəlb etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.