İdman

Mourinyo: "Klubun qələbəyə layiq olduğunu düşünmürəm"

20 May 2018 13:24
0 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə kubokunun finalında Chelsea-yə uduzan Manchester United mövsümü titulsuz başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra məğlub komandanın baş məşqçisi Joze Mourinyo diqqəti rəqibin müdafiə futbolu oynamasına yönəldib.

"Chelsea-ni qələbə münasibətilə təbrik etdim. Amma, onların qələbəyə layiq olduğunu düşünmürəm. Rəqibə hörmətlə yanaşmalıyam. Həm də Chelsea mənim keçmiş klubumdur. Lakin qələbəni daha çox biz haqq edirdik. Bu oyundan sonra insanların nə deyəcəkləri maraqlıdır. Görəsən, bu gün Chelsea-nin qalib gəlsiyi kimi biz qalib gəlsəydik, onlar nə reaksiya verərdi?

9 nəfərlə müdafiə olunan komandaya qarşı Lukakusuz oynamaq çətin idi. Acı məğlubiyyət olsa da, var gücümüzü ortaya qoyduq.

Chelsea bilirdi ki, Lukaku və Fellaini oynamayacaq. Buna görə cərimə meydançasının önündə 8-9 futbolçu yığmışdılar. Düzxətli futbolda daha təsirli olacaqlarını başa düşürdülər. Biz hər şeyi sınadıq, amma onların oyunçular qrupu dözümlü idi. De Xea topu tordan çıxardığı epizoddan başqa ona toxunmadı. Bu oyunun mənzərəsi belədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.