İdman

"Qalatasaray" əzəli rəqibləri ilə fərqi artırdı

20 May 2018 11:53
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Superliqasında 2017/18 mövsümünün qalibi "Qalatasaray" oldu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 21-ci dəfə ölkə çempionu olan "sarı qırmızılar" ən yaxın izləyicisi Fenerbahçe-ni 2 analoji titulla geridə buraxıb. Beləliklə, "Qalatasaray" hər 5 çempionluğa görə verilən ulduzlardan beşincisinə addımlamağa başlayıb. Bunadək klub 1962, 1963, 1969, 1971, 1972, 1973, 1987, 1988, 1993, 1994, 1997, 1998, 1999, 2000, 2002, 2006, 2008, 2012, 2013, 2015-ci illərdə də ölkəsinin ən yaxşısı olub.

"Cim bom"un əzəli rəqibi Fenerbahçe 1959, 1961, 1964, 1965, 1968, 1970, 1974, 1975, 1978, 1983, 1985, 1989, 1996, 2001, 2004, 2005, 2007, 2011, 2014-ci illərdə qızıl medallara yiyələnib.

Çempionluq sayında 3-cü olan Beşiktaş çempionluq qazanıb. Onlar 1957, 1958, 1960, 1966, 1967, 1982, 1986, 1990, 1991, 1992, 1995, 2003, 2009, 2016, 2017-ci illərdə sevinib.

İstanbul klubları ümumilikdə 55 dəfə ən yaxşı olubsa, 7 dəfə titul digər şəhərlərə gedib. Türkiyənin 5 çempionundan yalnız ikisi İstanbulu təmsil etmir. Trabzonspor 6 (1976, 1977, 1979, 1980, 1981, 1984), Bursaspor 1 (2014) dəfə zirvədə qərar tutub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.