İdman

""Kəpəz" təhlükəlidir, itirməyə heç nəyi yoxdur"

18 May 2018 16:47
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Azərbaycan Premyer liqasının 28-ci turunda "Kəpəz"lə səfər oyununun hazırlığını davam etdirir.

Milli.Az goal.az-a istinadənxəbər verir ki, dünən 8-qat ölkə çempionu İsmət Qayıbov adına bazada məşq keçib. Yarımmüdafiəçi Soni Mustivar klub televiziyasına açıqlamasında mühüm görüş öncəsi fikrini bildirib:

"Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır. Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik.

Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdur. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz" və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq".

Xatırladaq ki, mayın 20-də Gəncə şəhər stadionunda "Kəpəz" - "Neftçi" matçı saat 17:15-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.