İdman

İlk qırmızı vərəqəni göstərmiş hakim öldü - Türk imiş - FOTO

18 May 2018 16:44
1 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş türkiyəli keçmiş hakim Doğan Babacan vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub. 

Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.