İdman

Türklər Toşiçin xanımına daha "Beşiktaşın gəlini" deyə bilməyəcəklər

18 May 2018 13:14
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Duşko Toşiç karyerasını Çində davam etdirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına müraciət edib. Türkiyəlilər 33 yaşlı serbiyalı müdafiəçinin transferi üçün "Quançjou" klubu ilə danışıqlara başlayıblar. Asiyalıların futbolçu üçün 5 milyon avro ödəyəcəkləri gözlənilir.

Qeyd edək ki, Duşko Toşiç 2015-ci ildə "Gənclərbirliyi"ndən "Beşiktaş"a keçib. O, İstanbul klubunun heyətində iştirak etdiyi 100 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.