2017/2018 mövsümü üçün İngiltərə Premyer Liqası klublarına ödənilən mükafatın məbləği müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ən çox qazanan 149,8 milyon funt sterlinqlə 2-ci pillədə qərarlaşan "Mançester Yunayted" olub. Çempion "Mançester Siti"yə 149,4 milyon avro ödənilib. "Şəhərlilər"in ikinci olmasına səbəb Böyük Britaniya ərazisində "qırmızı şeytanlar"ın daha çox oyununun canlı yayımlanmasıdır . Liverpool 145,9 milyonla üçüncüdür.
Premyer Liqanı tərk edən hər 3 kluba da böyük həcmdə vəsait ödənilib. Son pillədəki "Vest Bromviç"ə 94,7 milyon verilib.
Qeyd edək ki, 2016-2017 mövsümündə Çempionlar Liqasının qalibi olan İspaniya "Real Madrid"i 80,9 milyon avro qazanıb. ÇL-da ən çox gəliri finalda "kral klubu"na 1:4 hesabına uduzmuş "Yuventus" əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan "Vest Bromviç" qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdir.
Milli.Az