İdman

Portuqaliya millisi də heyətini açıqladı - SİYAHI

18 May 2018 09:26
0 Şərh     Baxış: 1 237

Portuqaliya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş 23 nəfərlik siyahıya 2016-cı il Avropa çempionatının finalında Fransa yığmasının qapısına qələbə topunu vurmuş Antoniu Ederi daxil etməyib.

Hərçənd, Ederin adı öncədən açıqlanmış geniş heyətdə olub. Eyni zamanda, İtaliya "Latsio"sunda icarə əsasında çıxış edən Nani də "23-lüy"ə düşməyib.

Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Betu ("Göztəpə", Türkiyə), Ruy Patrisiu ("Sportinq")

Müdafiəçilər: Brunu Alveş ("Reyncers", Şotlandiya), Sedrik Soareş ("Sauthempton", İngiltərə), Joze Fonte ("Dalyan İfan", Çin), Mariu Ruy ("Napoli", İtaliya), Pepe ("Beşiktaş", Türkiyə), Rafael Gerreyro ("Borussiya" Dortmund, Almaniya), Rikardu Pereyra ("Portu"), Ruben Diaş ("Benfika")

Yarımmüdafiəçilər: Adrien Silva ("Lester", İngiltərə), Brunu Fernandeş, Vilyam Karvalyu (hər ikisi "Sportinq"), Joau Mariu ("Vest Hem", İngiltərə), Joau Moutinyo ("Monako", Fransa), Manuel Fernandeş ("Lokomotiv", Rusiya)

Hücumçular: Andre Silva ("Milan", İtaliya), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Kriştianu Ronaldu ("Real Madrid", İspaniya), Jelson Martinş ("Sportinq"), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Rikardu Kuarejma ("Beşiktaş", Türkiyə)

Portuqaliya millisi İspaniya, İran və Mərakeşlə eyni qrupda yer alıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.