İdman

Seneqal millisinin heyəti açıqlandı - SİYAHI

18 May 2018 09:17
0 Şərh     Baxış: 680

Seneqal millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi Aliu Sisse 23 nəfərlik siyahıya 3 qapıçı, 7 müdafiəçi, 5 yarımmüdafiəçi və 8 hücumçu aparmağa qərar verib.

Qapıçılar: Abdulaye Diallo ("Renn"), Hadim N Diaye ("Horoyya", Qvineya), Alfred Qomis (SPAL, İtaliya);

Müdafiəçilər: Kalidu Kulibali ("Napoli", İtaliya), Kara Mboc ("Anderlext", Belçika), Lamin Qassama ("Alanyaspor", Türkiyə), Mussa Vaqe ("Eypen", Belçika), Yussuf Sabali ("Bordo", Fransa), Saliu Siss ("Anje"), Salif Sane ("Hannover", Almaniya);

Yarımmüdafiəçilər: Papa Aliun Ndiaye ("Stok Siti", İngiltərə), Şeyx N Doye ("Birmingem", İngiltərə), Şeyxu Kuyate ("Vest Hem", İngiltərə), Alfred Ndiay ("Vilyarreal", İspaniya), İdrissa "Qane" Qaye ("Everton", İngiltərə);

Hücumçular: Mame Biram Diuf ("Stok Siti", İngiltərə), Diafra Sako, İsmaila Sarr (hər ikisi "Renn", Fransa), Mussa Konate ("Amyen", Fransa), Balde Keyta ("Monako", Fransa), Mussa Sou ("Bursaspor", Türkiyə), Sadio Mane ("Liverpul", İngiltərə), Mbaye Nyanq ("Torino", İtaliya).

Ehtiyat oyunçular: Adama Mbenqe ("Kan", Fransa), Fallu Dian ("Mets", Fransa), Famara Dyedu ("Bristol Siti", İngiltərə), Anri Seyve ("Sivasspor", Türkiyə).

"H" qrupunda yer alan Seneqal millisi Polşa (Moskva, 19 iyun), Yaponiya (Yekaterinburq, 24 iyun) və Kolumbiya (Samara, 28 iyun) ilə üz-üzə gələcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.