İdman

Fransa yığması DÇ-2018 üçün heyətini açıqladı - SİYAHI

18 May 2018 09:07
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya çempionatı- 2018 üçün komandanın heyəti açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, siyahıya 23 futbolçu daxil edilib:

Qapıçılar: Alfons Areola (PSJ), Uqo Lyoris ("Tottenhem"), Stiv Mandanda ("Marsel");

Müdafiəçilər: Lukas Ernandes ("Atletiko"), Presnel Kimpembe (PSJ), Benjamen Mendi ("Mançester Siti"), Cibril Sidibe ("Monako"), Adil Rami ("Marsel"), Benjamen Pavar ("Ştutqart"), Samuel Yumtiti ("Barselona"), Rafael Varan ("Real");

Yarımmüdafiəçilər: Blez Matüidi ("Yuventus"), Pol Poqba ("Mançester Yunayted"), N'Qolo Kante ("Çelsi"), Korentin Tolisso ("Bavariya"), Stiven N'Zonzi ("Sevilya");

Hücumçular: Olivye Jiru ("Çelsi"), Antuan Qrizmann ("Atletiko"), Usman Dembele ("Barselona"), Toma Lemar ("Monako"), Kilian Mbappe (PSJ), Floryan Toven ("Marsel"), Nabil Fekir ("Lion");

Ehtiyat heyət: Benua Kostil ("Bordo"), Matye Debüşi ("Sent-Etyen"), Luka Din ("Barselona"), Kurt Zuma ("Stok Siti"), Mamadu Sako ("Kristal Pelas"), Adrien Rabyo (PSJ), Kinqsli Koman ("Bavariya"), Antoni Marsyal ("Mançester Yunayted"), Mussa Sissoko ("Tottenhem"), Vissam Ben-Yedder ("Sevilya"), Aleksandr Lyakazett ("Arsenal").

Düna çempionatı 14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək. Fransa "C" qrupunda Avstraliya, Peru və Danimarka ilə mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.