İdman

"Mançester Siti" Qvardiola ilə müqaviləni uzatdı

17 May 2018 22:57
1 Şərh     Baxış: 610

"Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin uzadıldığını elan edib.

Milli.Az "Report"a istinadən bildirir ki, yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

"Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq", - deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.

Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. "Şəhərlilər" ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mancestir siti · 18 May 15:2500

    Uzatsın cox qalsın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.