İdman

“İnter”in türk futbolçu sevdası

17 May 2018 19:42
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanın xidmətində maraqlıdır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə "neradzurra"nın türk əsilli almaniyalı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib.

Ancaq Gündoğanın "İnter"ə keçidi Milan təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanmasından asılıdı. Belə ki, A Seriyasının son turunda səfərdə "Latsio" ilə üz-üzə gələcək "göy-qaralar" Romadan 3 xalla qayıtsa, qitənin ən nüfuzlu klub turnirinə qatılma şansı əldə edəcək ki, bu da, Almaniya millisinin üzvünün kluba keçidinə kömək olacaq.

İlkay son mövsümdə şans qazandığı 49 oyunda 6 qol vurub, 7 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.