İdman

Benites London klubunun baş məşqçisi ola bilər

17 May 2018 15:05
0 Şərh     Baxış: 686

"Nyukasl"ın baş məşqçisi Rafael Benites klubdan ayrıla bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Vest Hem" ispan mütəxəssisin xidmətində maraqlıdı.

"Vest Hem" ötən gün Devid Moyeslə yolların ayrıldığını açıqlamışdı. London klubu yaxın 10 gün ərzində yeni baş məşqçinin adını açıqlamaq istəyir. Namizədlərin sırasında Rafael Benitesin də adı var.

"Nyukasl" Rafael Benitesin rəhbərliyi altında cari mövsümdə İngiltərə Premyer Liqasını 10-cu pillədə tamamlamışdı.

Qeyd edək ki, daha öncə "Vest Hem"in PSJ-dən ayrılan Unai Emeri ilə danışıqlara başladığı barədə xəbərlər yayılmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.