İdman

İŞİD Ronaldo və Messinin “başını kəsdi” - FOTO

17 May 2018 14:55
3 Şərh     Baxış: 3 851

İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək dünya çempionatını hədəfə alıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, terrorçular "fotoşop"la düzəldilən daha bir rəsm vasitəsilə turniri təhdid edib.

Onlar bu dəfə dünya ulduzları Lionel Messi və Kriştianu Ronaldonun şəklini paylaşıblar. Həmin fotoda adıçəkilən oyunçuların meydançada başlarının kəsilməsi təsvir edilib.

İŞİD bundan əvvəl də mundial öncəsi qorxu yaradan şəkillər paylaşmışdı. Həmin arxivdəki fotolarda Messinin daha çox yer alması xüsusi diqqət çəkir. Terrorçular yenə argentinalı superulduzun timsalında hədəfin Rusiya və bu ölkənin prezidenti Vladimir Putin olduğunu göstəribər.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Yağmur · 17 May 15:0380

    İşid qələt eləyər! Milli.az gələn il deyil bu il,keçiriləcək! Mən qorxuram ee! Birdən nəsə eləyərlər! Heç kimə heçnə etməsinlər!...Allah yardımcıları olsun!..

    Cavab yaz
  • Anonim
    Yazdim · 17 May 15:5111

    :)))

    Cavab yaz
    • Anonim
      Yağmur · 17 May 17:1450

      Nəyə gülürsən?? Messi və Ronaldunun ölümü gülməlidir????

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.