İdman

Azərbaycanın daha bir güləşçisi olimpiadaya lisenziya qazanıb

17 May 2018 08:20
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub.

Daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.